Kontent detalları

Yüksən potensiallı uşaqları olan valideynlər:Diqqət!

 07 Sentyabr| Müəllif: Şahnaz Şahin

Yüksən potensiallı uşaqları olan valideynlər:Diqqət!
Valideynlər övladlarının yüksək potensiallı olduğunu qürurla bildirirlər. Bu, nə dərəcədə doğrudur, nə dərəcədə yanlışdır?
 
 
Bunu belə izah etmək lazımdır: yüksək potensiallı uşaqlar hər addımda qarşımıza çıxan uşaqlar deyil. Onların əhali arasında rastgəlmə tezliyi təxminən 2–3 faizdir. Joseph Renzullinin qeyd etdiyi üç komponentin — ümumi bacarıq, yaradıcılıq və motivasiyanın — hər üçündə uşaq yaşıdlarının ən azı 85 faizindən daha yüksək göstərici nümayiş etdirməli, komponentlərdən ən azı birində isə 98-ci faiz diliminə çatmalıdır. Yəni söhbət həqiqətən də nadir rast gəlinən bir qrupdan gedir.

Lakin orta göstəricidən yuxarı olan standart kənarlaşmanın aşağı istiqamətdə də qarşılığı var. Əqli inkişaf məhdudiyyəti olan şəxslər də əhali arasında təxminən 2–3 faiz təşkil edir. Buna görə də hər iki qrupu xüsusi təhsil ehtiyacları kontekstində nəzərdən keçiririk. Burada məsələ bunun qürurverici xüsusiyyət, yoxsa əlillik olması deyil. Yüksək intellektli olmaq qüsur deyil, əqli inkişaf məhdudiyyəti də insanın dəyərini azaltmır. Sadəcə, normadan fərqli bir potensialdan danışırıq.

Əslində, biz bu potensialın hamısından istifadə edə bilmirik. Bu uşaqlar, əlbəttə, müəyyən uğurlar əldə edə bilərlər, lakin ciddi emosional çətinliklər də yaşaya bilirlər. Yüksək potensiallı yetkin insanlarla da rastlaşırıq və onların bəzilərində həyatdan ciddi narazılıq müşahidə olunur. Buna görə də uşaqları nə qədər erkən tanısaq və dəstəkləsək, yetkinlik dövründə həyatlarının daha rahat keçməsinə bir o qədər kömək edə bilərik.

Paylaş:

Şərhlər

Hələ təsdiqlənmiş şərh yoxdur.

Şərh yaz

Göndərilən şərh admin təsdiqindən sonra saytda görünəcək.