Xidmət detalları

Peşə və Karyera seçimi testləri və konsultasiyaları

Peşə və Karyera seçimi testləri və konsultasiyaları

Peşə Seçimi Testləri və Konsultasiyası

Övladınızın gələcəyini təsadüflərə və ənənəvi seçimlərə buraxmayın!

Doğru peşə seçimi yalnız gələcək karera uğurunu deyil, həm də insanın ömür boyu yaşayacağı psixoloji rifahı və həyat məmnuniyyətini müəyyən edir. Mərkəzimizdə təqdim olunan peşə yönümü konsultasiyası yeniyetmə və gənclərin daxili potensialını tam kəşf edərək, onlara ən uyğun inkişaf xəritəsini cızmağa kömək edir.

Biz peşə seçimində yalnız səthi maraqlara deyil, şəxsiyyətin dərin qatlarına, analitik bacarıqlara və psixoloji xüsusiyyətlərə əsaslanan kompleks və elmi yanaşma tətbiq edirik.

Qiymətləndirmə Metodologiyamız

Seçim prosesində tam və obyektiv mənzərə yaratmaq üçün beynəlxalq standartlara cavab verən professional testlər kompleksindən istifadə olunur:

  • Character X (Enneagram əsaslı potensial analizi): Bu test vasitəsilə müraciət edənin xarakter tipi (Enneagram), güclü və zəif tərəfləri, inkişaf sahələri və potensial riskləri (SWOT analizi) dəqiqliklə müəyyən edilir. Şəxsiyyətin motivasiya mənbələri və stres altında davranış modeli üzə çıxarılır.
  • İntellekt və Zəka Testləri: Təfəkkür, məntiqi düşüncə və analitik zəka səviyyəsinin ölçülməsi.
  • Diqqət və Qavrama Testləri: Fokuslanma qabiliyyəti, diqqətin davamlılığı və məlumatı emaletmə sürətinin təyini.
  • Maraq Dairəsi və Meyillilik Diaqnostikası: Gəncin həqiqi maraq göstərdiyi sahələrin və gələcəkdə həzz alaraq işləyəcəyi peşə istiqamətlərinin müəyyənləşdirilməsi.

72 Səhifəlik Fərdi Analitik Hesabat

Bütün testlər yekunlaşdıqdan sonra toplanmış göstəricilər xüsusi analitik sistemlə emal olunur və nəticədə 72 səhifəlik geniş hesabat hazırlanır. Bu hesabatda:

  1. Şəxsiyyət profili və xarakterik xüsusiyyətlər,
  2. Güclü tərəflər və inkişaf etdirilməli bacarıqlar,
  3. Diqqət, zəka və maraq dairəsinin ətraflı analizi,
  4. Bütün bu göstəricilərin kəsişməsində dayanan ən uyğun peşə və karera istiqamətləri əks olunur.

Ətraflı Mütəxəssis Konsultasiyası

Hazırlanmış 72 səhifəlik hesabat sadəcə sənəd olaraq təhvil verilmir. Mərkəzimizin peşəkar psixoloq və kariyera məsləhətçiləri tərəfindən ailə və yeniyetmənin iştirakı ilə ətraflı konsultasiya seansı keçirilir.

Konsultasiya zamanı hesabatın hər bir bölməsi ailəyə aydın dildə izah olunur, suallar cavablandırılır və gəncin təhsil/karera planlaması üçün konkret fəaliyyət addımları (yol xəritəsi) təqdim edilir.

Gələcəyinizi doğru addımlarla inşa edin. Ətraflı məlumat və qeydiyyat üçün mərkəzimizlə əlaqə saxlaya bilərsiniz.

  • Fərdi terapiya

    219KB

  • Qrup terapiyaları

    220KB

  • Testlər və dəyərləndirmə

    320KB

  • Uşaqlar üçün oyun və Qum terapiyası

    85KB

  • Peşə və Karyera seçimi testləri və konsultasiyaları

    194KB

  • Ailə dəstək konsultasiyaları

    98KB

  • Terapevt məlumatı

    256KB

Dəstək lazımdır?

Tel: 099 765 27 47

Müraciət et